"Barselona" almaniyalı məşqçi ilə görüşdü

22:49 - 3 Mart 2024

Almaniya millisinin və "Bavariya"nın keçmiş baş məşqçisi Hans-Diter Flik "Barselona"nın yeni baş məşqçisi olmaq üçün əsas favoritlərdən birinə çevrilib.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi almaniyalı mütəxəssislə ilk dəfə danışığa başlayıb.

Flik "Barsa" rəhbərliyinə İspaniyada işləməyə hazır olduğu bildirib.Qeyd edək ki, Xavinin mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

Xavi 2021-ci ildə "Barselona"ya rəhbərlik edir və həmin mövsüm komandanı İspaniya çempionu, ölkə Superkubokunun qalibi edib.

Bu mövsüm primeroda 26 turdan sonra "Barselona" 57 xalla üçüncü pillədədir. Turnir cədvəlinə 65 xalla "Real"(Madrid) başçılıq edir.

Xəbər xətti