"Arsenal" İspaniya millisinin üzvünü transfer etmək istəyir

20:29 - 3 Aprel 2024

"Arsenal" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Real Sosyedad"da çıxış edən Martin Zubimendini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Bavariya" da 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Lakin bu transferdə "Arsenal"ın daha şanslı olduğu bildirilir.

Qeyd edək ki, Martin Zubimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti