"Şamaxı"nın hücumçusu "Sabah"a qarşı oynamayacaq

16:16 - 8 Noyabr 2025

"Şamaxı" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sabah"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi görüşə ciddi itki ilə çıxacaq.

Komandanın hücumçusu Kərim Rossi cəzalı durumdadır. İsveçrəli forvard 11-ci turun "İmişli" ilə matçında mövsüm ərzində 4-cü sarı vərəqəni alıb.

Qarşılaşma 23 noyabr tarixində "Bank Respublika Arena"da keçiriləcək.

Qeyd edək ki, Kərim Rossi bu mövsüm "Şamaxı"nın heyətində meydana çıxdığı 12 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti