"Napoli" 20 yaşlı futbolçu transfer etdi - RƏSMİ

23:19 - 13 İyun 2025

"Napoli" "Empoli" klubunun müdafiəçisini transfer edib.

Sportal.az xəbər verir ki, Neapol təmsilçisi 20 yaşlı müdafiəçi Luka Maryanuççinin keçidini rəsmən elan edib.

Transferin detalları açıqlanmayıb, lakin jurnalist Nikolo Skiranın məlumatına görə, müqavilənin dəyəri 9+1 milyon avrodur. Futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Ötən mövsüm Maryanuççi A Seriyasında 18 oyunda meydana çıxıb.

Xəbər xətti