"Bayer" 17 yaşlı müdafiəçi transfer etdi - RƏSMİ

13:50 - 12 İyun 2025

Almaniyanın "Bayer" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSJ ilə müqaviləsi başa çatan Aksel Tapeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bayer" fransalı mərkəz müdafiəçisi üçün təzminat ödəməyib. 17 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Aksel Tape PSJ-nin U-23 komandasında çıxış edib. O, həmçinin Fransa U-18 millisinin üzvüdür.

Xəbər xətti