"Barselona" Ansu Fati üçün "Monako"nun ilk təklifini rədd edib
Sportal.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, "Monako" Ansu Fatini bir illik icarəyə götürmək istəyib və yalnız maaşının bir hissəsini ödəməyi planlaşdırırdı. Lakin bu təklif "Barselona"nı qane etməyib. Hücumçunun maaşı son müqavilə uzadılmasından sonra xeyli artdığı üçün Kataloniya klubu oyuncunun yüksək maaş yükünü öz üzərinə götürmək istəmir.
"Barselona" rəhbərliyi belə şərtlərlə heç bir futbolçunu icarəyə vermək istəmir, xüsusilə də maaşın böyük hissəsini özü ödəmək şərti ilə. Buna görə də "Monako"ya rədd cavabı verilib.
Əslində, "Barselona" Ansu Fatini satmağı planlaşdırır, lakin eyni zamanda gələcəkdə oyunçu üzərində geri alma hüququ və ya gələcək transferdən faiz payı kimi hüquqları saxlamaq istəyir. Amma "Monako" tam transfer variantına maraq göstərmir.
Hazırda futbolçunun agenti Jorje Mendeş tərəfləri razı salacaq bir formula tapmağa çalışır ki, danışıqlar davam etsin.
saytlarin hazirlanmasi