Almaniyanın "Borussiya" klubu heyətinə yeni qapıçı cəlb edib.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi "Bohum"dan Patrik Drevesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Borussiya" alman qolkiper üçün onun klubuna 250 min avro təzminat ödəyib. 32 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Patrik Dreves ötən mövsüm "Bohum"un heyətində 22 oyuna çıxıb və qapısında 47 qol görüb.
saytlarin hazirlanmasi