"Qarabağ" və "Araz-Naxçıva"n eyni futbolçunu istəyir - malili Azərbaycana gəlməyi planlaşdırır

14:22 - 30 İyun 2025

“Qarabağ” yaxın vaxtlarda daha bir legionerin keçidini reallaşdıra bilər.

Sportal.az “AfricaFoot”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi malili yarımmüdafiəçi Abubakar Konte ilə maraqlanır.

Hazırda sol cinah yarımmüdafiəçisi kimi də oynamağı bacaran 24 yaşlı futbolçu Gürcüstanın “Dila”(Qori) klubunun formasını geyinir.

Ağdam klubu transfer üçün addımlar atıb. 

Malilinin transferində maraqlı olan digər klubumuz isə “Araz-Naxçıvan”dır. “Tromse”nin də istədiyi futbolçunun hansı seçimi edəcəyi yaxınlarda dəqiqləşəcək. Futbolçunun özünün Azərbaycana gəlmək istəyində olduğu iddia edilir.

Ötən mövsüm karyerasının böyük hissəsini Norveçdə keçirən Konte “Dila”da 17 görüşdə 4 qol vurub.

Xəbər xətti