Premyer Liqaya yüksələn "İmişli" Seyxan Fərəcovla yollarını ayırıb.
Sportal.az saytına verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi 1-ci Liqada oynayacaq.
Fərəcov MOİK-lə anlaşıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Seyxan Fərəcov ötən mövsüm 1-ci Liqada 11 qol vurub və "İmişli"nin bombardiri olub.
saytlarin hazirlanmasi