"Şamaxı" braziliyalı futbolçunu transfer etdi - RƏSMİ

21:51 - 8 İyul 2025

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçu Cezar Henrique Dias Santosu heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Xatırladaq ki, Henrique son olaraq Braziliyanın “Caxias” klubunda çıxış edib.

Xəbər xətti