"Atletiko"nu Premyer Liqa klubuna dəyişdi - RƏSMİ

23:03 - 8 İyul 2025

"Atletiko"dan ayrılan Reynildo Mandavanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, mozambikli futbolçu karyerasını İngiltərədə davam etdirəcək.

Premyer Liqaya yüksələn "Sanderlend" azad agent statusunda olan Reynildonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı sol cinah müdafiəçisi illə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Reynildo Mandava ötən mövsüm "Atletiko"nun heyətində 30 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti