"Qalatasaray" rəqibini darmadağın etdi - VİDEO

09:22 - 13 İyul 2025

2025/2026 mövsümünə hazırlıqlarını davam etdirən "Qalatasaray" yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Türkiyə çempionu "Ümraniyespor"la qarşılaşıb.

Görüş "cim-bom"un 5:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın qollarını Berkan Kutlu, Zaniolo, Köhn, Metehan Baltacı və Ada Yüzgeç vurub. "Ümraniyespor"un heyətində isə Soku və Kosoko fərqlənib.

Xəbər xətti