Azərbaycanlı futbolçu Xorvatiya klubunda məşqlərə başladı - FOTOLAR

13:46 - 30 İyul 2025

"Səbail"dən ayrılaraq Xorvatiyaya yollanan Rüfət Abdullazadə “Varajdin”lə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu kollektivlə məşqlərə qoşulub.

O, komandanın Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Santa-Klara” ilə görüşünün hazırlıqlarında iştirak edir.

Abdullazadə kollektivlə yanaşı, həm də fərdi məşqlərini yerinə yetirir.

Qeyd edək ki, 24 yaşlı futbolçu “Varajdin”lə 3 illik müqavilə imzalayıb.


Mirbağırağa

Xəbər xətti