Azərbaycan UEFA klub reytinqində xallarını artırıb.
Sportal.az xəbər verir ki, təmsilçilərimiz dünən UEFA Konfrans Liqasında cavab oyunlarına çıxıb.
"Sabah" Bakıda Moldovanın "Petrokub" klubuna qalib gəlib. Bu nəticə ölkəmizin aktivinə 0,250 xal yazdırıb. "Araz-Naxçıvan"ın Yunanıstanda "Aris"la heç-heçəsi 0,125 əmsal deməkdir. "Zirə" isə "Hayduk"a (Xorvatiya) məğlub olaraq avrokuboklarda çıxışını başa vurub.
Azərbaycan hazırda 18.850 reytinq xalı ilə 28-ci yerdədir. 27 sıradan olan Ukraynanın əmsalı 19.225-dir. Bizdən geridə isə Rusiyadır.
Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə başçılıq edir.
saytlarin hazirlanmasi