Konfrans Liqasında çıxış edən "Zirə" mübarizəsi dayandırsa da, səfərdə "Hayduk"a qarşı layiqli oyun sərgilədi. Bakıdakı bərabərlikdən sonra Splitdəki matçın çətin keçəcəyi əvvəlcədən də məlum idi.
Zədələlilərin çox olması ciddi problem idi. Cavab matçının 77-ci dəqiqəsindən etibarən "Zirə"nin meydanda azlıqda qalması vəziyyəti daha da mürəkkəbləşdirdi. Lakin hər şeyə rəğmən Rəşad Sadıqovun komandası "Hayduk"la matçda 120 dəqiqəlik mücadilədə savaş verdi, rəqibə rahat nəfəs almağa imkan vermədi.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Zirə"nin məğlub olduğu oyundan sonra "Hayduk"un baş məşqçisi Qonsalo Qarsiya Rəşad Sadıqova yaxınlaşıb ona xoş sözlər deyib. İspan mütəxəssis Rəşad Sadıqovun yaxşı kollektiv qurduğunu, xüsusən azlıqda qaldıqdan sonra daha üstün və fədakar futbol sərgilədiklərini bildirib.
Qeyd edək ki, "Zirə" Bakıda "Hayduk"la (1:1) heç-heçə etsə də, səfərdə əlavə vaxtda 1:2 hesabı ilə uduzub və Konfrans Liqasının II mərhələsində mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi