"Neftçi" Kipr klubu ilə bərabərə qaldı

19:56 - 1 Avqust 2025

"Neftçi" Polşadakı təlim-məşq toplanışında bu gün üçüncü yoldaşlıq oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Kiprin AEL klubu ilə qarşılaşıb.

Görüş heç-heçə başa çatıb.

“Neftçi” (Azərbaycan) - AEL (Kipr) - 2:2 
Qollar: Sambu, 18 (1:1), Şeydayev, 90 (2:2)

"Neftçi"nin start heyəti: Emil Balayev, Sessi D'Almeyda, Emin Mahmudov (k), Bassala Sambu, Freddi Varqas, Edvin Kuç, Elvin Bədəlov, Murad Xaçayev, Luis Ortiz, Cordan Rezabala, Alessio Curci

Daha əvvəl təlim-məşq toplanışı zamanı “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” (1:1) və Polşanın “Bruk-Termalika” (2:2) klubları ilə qarşılaşıb. İyulun 27-də isə Yunanıstanın “Asteras” klubu ilə keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.

Xəbər xətti