"Levski"nin rəsmisi "Sabah"la görüş barədə: "İnanıram ki, baş məşqçi rəqibi yaxşı analiz edib"

13:49 - 13 Avqust 2025

Bolqarıstanın "Levski" klubunun baş direktoru Daniel Borimirov Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun Masazırda “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun – 1:0) ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “dsport”a açıqlama verən klub rəsmisi Mustafa Sanqarenin yoxluğuna da münasibət bildirib:

"Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, taktiki cəhətdən düzgün oyun keçirəcəyik və dueldən qalib çıxacağıq. Heç bir qarşılaşma digərinə bənzəmir. Ona görə də bizim üçün ən vacibi baş məşqçinin komandanın qarşısına qoyduğu vəzifələri yerinə yetirməkdir. Düşünürəm ki, onlar buna nail olacaqlar.

Mustafa Sanqarenin yoxluğuna gəlincə, o, fiziki cəhətdən çox yaxşı oyunçudur. Öz oyunu ilə ən azından “Sabah”ın iki oyunçusunu özünə cəlb edəcəkdi. Bununla belə, inanıram ki, baş məşqçi Velaskes “Sabah”ı yaxşı analiz edib və düzgün qərar verəcək".

Qeyd edək ki, "Sabah" - "Levski" görüşü sabah keçiriləcək və matça 20:00-da start veriləcək.

Xəbər xətti