Gəncə stadionuna süni örtük salınacaq - "Kəpəz" burada 2026-cı ildə oynaya biləcək

15:15 - 12 Avqust 2025

Gəncə şəhər stadionunun sentyabrın əvvəlində təhvil veriləcəyi gözlənilir.

Sportal.az xəbər verir ki, buna baxmayaraq "Kəpəz" Misli Premyer Liqasının oyunlarını qəbul etmək üçün daha çox gözləməli olacaq.

Ölkəmizdə təşkil olunacaq MDB oyunları bitən kimi stadion yenidən təmirə bağlanacaq. Yarışlar ərəfəsində arenanın ot örtüyü süni olacaq. Bitdikdən sonra isə bunun təbii ilə əvəzlənməsi planlaşdırılır.

"Sarı-göylər" burada ilk matçını 2026-cı ildə, yəni, mövsümün ikinci yarısında keçirə biləcək.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də başlayacaq. "Kəpəz"in ilk ev oyunları Qəbələdə gerçəkləşəcək. (Sport24.az)

Xəbər xətti