"Mançester Siti"nin qapıçısı Ederson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" braziyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi Edersonla danışıqlara başlayıb. "Sarı-qırmızılar" 31 yaşlı qolkiperə 7 milyon avro maaş və 2 milyon avro bonuslar təklif edib. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Mançester Siti" Edersonu 2017-ci ilin yayında "Benfika"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi