Braziliyalı hücumçu "Qarabağ"la müqavilə imzalamaq üçün Azərbaycana gəlir

18:08 - 11 Avqust 2025

"Qarabağ" bir müddətdir transfer etməyə çalışdığı Andre Klovisin keçidini yekunlaşdırmaq üzrədir.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Akademiko Vizeu" ilə razılıq əldə edib. Bu barədə Portuqaliya mətbuatı məlumaat yayıb.

Braziliyalı hücumçu yaxın zamanda Azərbaycana gələcək. 27 yaşlı forvard "Qarabağ"la 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Andre Klovis ötən gecə Portuqaliya II Liqasının "Leira" ilə matçında 2 qol vurub.

Xəbər xətti