"Qarabağ"a uğurlar arzulayıram. İnanıram ki, səfərdə qazandığı qələbənin ardını öz azarkeşləri önündə, doğma divarlar arasında Bakıda da gətirəcək. Əlbəttə ki, "Qarabağ"da oyundan-oyuna artım hiss olunur. "Şkendiya"ya qarşı bu gün keçiriləcək matçda "Qarabağ"ın daha da üstün futbol oynayaraq, yenə qələbə qazanacağına inamım böyükdür".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev deyib.
Ağdam klubunun keçmiş futbolçusu Azərbaycan çempionunun Çempionlar Liqasında əsas mərhələyə qədər irəliləyəcəyinə inandığını dilə gətirib:
"Qarabağ"a inam böyükdür. Onlar bu mövsüm Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edə biləcəklər. Yeni transferlər də var. Həmişəki kimi, transferlər yavaş-yavaş mühitə, komandaya öyrəşir. Məncə, "Qarabağ"ın yeni transferləri komandaya daha da güc qatacaq. Hiss olunur ki, bunu indidən edirlər. Hər halda, bundan da yaxşısını bacararlar. "Qarabağ"a uğurlar arzulayıram. İnanıram ki, komandamız bu gün də "Şkendiya"nı məğlub edərək, pley-off mərhələsinə vəsiqə qazanacaq. Orada da, görək də kim düşəcək. Rəqibə baxarıq, sonra müzakirə edərik".
Mirbağırağa
saytlarin hazirlanmasi