"Everton"dan ayrılan Dominik Kalvert-Lyuin Premyer Liqada qalacaq.
Sportal.az xəbər verir ki, ingiltərəli hücumçu "Lids Yunayted"lə anlaşıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərə millisinin üzvü yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Dominik Lakvert-Lyuin 2016-cı ildən "Everton"da çıxış edirdi. 28 yaşlı forvard ötən mövsüm komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi