"Barselona" uzunmüddətli sıradan çıxan Qaviyə əvəzləyici axtarır.
Sportal.az xəbər verir ki, İspaniya çempionunun əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Kobbi Meynudur. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
La Liqa nəhəngi ingiltərəli yarımmüdafiəçini 6 aylıq icarəyə götürməyi planlaşdırır. "Barselona" 20 yaşlı futbolçu üçün onun klubuna təklif göndərəcək.
Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi