Futbolda qadınlara qarşı münasibət yaxşı deyil - kişilərdən daha çox çalışmaq məcburiyyətində qalırlar

22:02 - 25 Sentyabr 2025

"Women in Football" təşkilatı müəyyən edib ki, futbolda qadınlara qarşı münasibət yaxşı deyil.

Sportal.az xəbər verir ki, sorğuda iştirak edən 759 qadından 78%-i son bir ildə diskriminasiyaya məruz qaldığını bildirib, onların yarıdan çoxu isə seksizmlə üzləşdiyini qeyd edib.

Sorğu nəticələrinə görə, qadınların 63,5%-i seksist zarafatların hədəfi olub, 56%-dən çoxu isə rəhbərliyə gender ayrı-seçkiliyi barədə məlumat verdikdə heç bir tədbir görülmədiyini söyləyib.

Futbol sahəsində çalışan respondentlərin 86%-i hesab edir ki, qadınlar eyni tanınma və imtiyazları əldə etmək üçün kişilərdən daha çox çalışmaq məcburiyyətindədir. Sorğuda iştirak edən 100 kişidən 69-u da bu fikirlə razılaşıb.

Xəbər xətti