Bu gün Çempionlar Liqasının 4-cü turunda Bakıda "Qarabağ"la qarşılaşacaq "Çelsi" artıq Bakıya gəlib.
Sportal.az xəbər verir ki, "zadəganlar" bəzi itkilərlə paytaxtımıza gəlsə də, komandanın aparıcı üzvləri heyətə daxil edilib.
"Çelsi"nin Bakıya gətirdiyi futbolçular aşağıdakı kimidir:
Qapıçılar: Filip Yorqensen, Maks Merrik, Robert Sançes
Müdafiəçilər: Yoş Açemponq,Tosin Adarabioyo, Trevo Çaloba, Mark Kukurelya, Uesli Fofana, Malo Qusto, Yarrel Hato, Ris Ceyms
Yarımmüdafiəçilər: Fakundo Bunanotte, Enzo Fernandes, Romeo Laviya, Moyzez Kaysedo, Andrey Santos
Hücumçular: Liam Delap, Alexandro Qarnaço, Tarik Corc, Ceymi Gittens Mark Qiui, Joao Pedro, Estevao.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçına saat 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi
