"Mançester Yunayted"in futbolçusunun durumuna aydınlıq gəldi - 1 ay oynamayacaq

23:17 - 17 Noyabr 2025

Daha öncə qeyd etdiyimiz kimi, “Mançester Yunayted”in hücumçusu Benyamin Şeşko 8 noyabrda Premyer Liqada “Tottenhem”lə (2:2) oyunun 60-cı dəqiqəsində meydana daxil olmuş, lakin 88-ci dəqiqədə zədə səbəbindən meydanı tərk etmişdi.

Sportal.az xəbər verir ki, dizində problem olduğu bildirilən futbolçunun durumuna aydınlıq gəlib. 

"Sky Sports"un yaydığı məlumatda bildirilir ki, Şeşko ciddi xəsarətdən qaça bilib və maksimum bir ay kənarda qalacağı gözlənilir.

Xəbər xətti