"Qalatasaray"ın futbolçusuna Super Liqadan təklif

20:40 - 15 Noyabr 2025

"Qalatasaray"ın futbolçusu Yusuf Demir qış fasiləsində klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Göztepe" avstriyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İzmir klubu "Qalatasaray"da heyətə düşə bilməyən Yusufu icarəyə götürmək istəyir. 22 yaşlı oyunçu özü "Göztepe"yə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında Vyana "Rapid"indən transfer edib. Avstriya millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

Xəbər xətti