"Hesab 1:1 olanda mənə toxunmağa başladı" - Haaland

00:09 - 18 Noyabr 2025

Erlin1 Haaland 2026 dünya çempionatının seçmə mərhələsində İtaliya ilə oyunda Gianluca Mancini ilə yaşadığı insidentin səbəbini açıqlayıb. Norveç yığması rəqibini 4:1 hesabı ilə məğlub edərək turnirə vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, oyun zamanı norveçli hücumçu italyan müdafiəçi ilə meydanda mübahisə yaşayıb. Matçdan sonra Haaland hadisənin detallarını danışıb:

"Hesab 1:1 olanda o, arxama toxunmağa başladı və düşündüm: “Nə edirsən sən?” Sonra bir az əsəbiləşdim və ona dedim: “Motivasiya üçün çox sağ ol, gəlin, lənətə gəlsin”.

Daha sonra iki qol vurdum, 4:1 qalib gəldik, buna görə də əladır. Ona böyük təşəkkürlər!"

Xəbər xətti