"Mən əvəzlənəndə başa düşdüm ki..." - "Real"ın futbolçusu

00:30 - 18 Noyabr 2025

“Real”ın yarımmüdafiəçisi Aurelien Tçuameni bildirib ki, “Santiago Bernabeu”dakı fit səsləri onun karyerasında dönüş nöqtəsi olub.

Sportal.az xəbər verir ki, ötən mövsüm “Selta” ilə kubok oyununda adınız elan olunanda tribunaların fit çaldığı barədə danışan Tçuameni bunları qeyd edib:

"Yadda saxlamaq lazımdır ki, “El Klassiko”da (İspaniya Superkubokunun finalında) mən mərkəz müdafiəçisi kimi çıxış edirdim, adi mövqeyimdə yox. Mən əvəzlənəndə başa düşdüm ki, yaxşı oynamamışam. Tezliklə mənim uduzmağa görə günahlandırıldığımı anladım.

“Selta” ilə oyundan bir gün əvvəl düşündüm ki, “Bernabeu”da necə olacaq". Oyun başladı və mən mərkəzdə oynayırdım. Öz mövqeyimdə olduğum üçün özümə güvənirdim. Oyun başladı, topu aldım və fit səsləri başladı. Televiziyada bunu görmək mümkün deyildi. Sonra Lukas Vaskes də fitlə qarşılandı. Mən dedim: "Yaxşı, bu yalnız mən və Lukas üçün".

Mən topu üç-dörd dəfə aldım və hər dəfə mənə fit çalındı. O zaman iki variantım vardı, təslim olmaq və ya öz oyunumla oynamaq. Faydalı hərəkətlər etdikcə fit səsləri tədricən səssizləşirdi. O gün mən əla oyun göstərdim. İndi baxanda əminəm ki, bu, karyeramda irəliləməyimə imkan verən dönüş nöqtəsi olub."

Xəbər xətti