“Çelsi”nin sabiq yarımmüdafiəçisi Oskar xəstəxanadan evə buraxılıb. 11 noyabrda “San-Paulo” ilə mövsümöncəsi planlı tibbi müayinəsi zamanı Oskarın ürəyində anormal reaksiyalar qeydə alınıb, nəticədə futbolçu qısa müddət huşunu itirib və xəstəxanaya yerləşdirilib.
Sportal.az xəbər verir ki, 34 yaşlı oyunçu karyerasını bitirə bilər.
“Bu bazar günü Oskar Albert Eynşteyn klinikasından buraxılıb. Xəstəxanada aparılmış geniş müayinə göstərdi ki, futbolçu müəyyən bir stimula görə qısa müddətli huş itirmə epizodu yaşamışdır. Xəstəxanada olduğu müddət ərzində idmançının vəziyyəti sabit və yaxşı olub. Növbəti bir neçə gün ərzində o, tibbi bərpa proqramına əməl edəcək." – “San-Paulo”nun açıqlamasında deyilir.
saytlarin hazirlanmasi
