Sosial şəbəkə vasitəsilə keçirilən yarışmanın qalibləri klubun infrastruktur rəhbəri Ruslan Məmmədov tərəfindən "Kəpəz"in forması ilə mükafatlandırılıb.
Sportal.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarışın şərtlərinə görə 12 futbolçunun uşaqlıq şəkillərini ardıcıl olaraq ən tez tapan ilk 2 şəxs forma əldə edəcəkdi. Sabir Həsənov və Elşən Xudai (Məmməd Hüseynov, Cefferson Bentu, Əli Səmədov, Fərid Nəbiyev, Şakir Seyidov, Rauf Hüseynli, Ryonosuke Ohori, Elgün Bayramov, Luis Paçu, Məqsəd İsayev, Kaçper Rosa və Dieqo Verdaska) bu tapşırığın öhdəsindən gələrək forma qazandılar.
saytlarin hazirlanmasi
