Milan klubları transferdə rəqib oldular

16:37 - 18 Noyabr 2025

İtaliyanın iki aparıcı klubu - “İnter” və “Milan” “Lids Yunayted”in qapıçısı İlan Melyeni transfer etməkdə maraqlıdır.

Sportal.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

25 yaşlı qapıçının İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir və böyük ehtimalla uzadılmayacaq. Buna görə də “Lids Yunayted” fransalı qolkiperi artıq yanvarda endirimli qiymətə satmağı planlaşdırır.

Hər iki Milan klubu qapıçı mövqeyini gücləndirmək üçün axtarış.dadır. “İnter”də Yan Zommer 37 yaşına yaxınlaşır və klub əməkdaşlığın davam etdiriləcəyinə əmin deyil. “Milan”da isə Mayk Menyan müqaviləsini uzatmaq istəmir. Onun sözləşməsi də 2026-cı ilin yayında başa çatır.

Qeyd edək ki, İlan Melye bu mövsüm “Lids Yunayted”in heyətində heç bir oyunda iştirak etməyib.

Xəbər xətti