İtaliya klubu "Fənərbaxça"nın müdafiəçisi ilə bağlı qərar verdi

18:45 - 18 Noyabr 2025

"Fənərbaxça"nın "Komo"ya icarəyə verdiyi Dieqo Karlos İtaliyada qalmağa yaxındır.

Sportal.az xəbər verir ki, Sesk Fabreqasın baş məşqçisi olduğu komanda braziliyalı futbolçunu saxlamaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Komo" Karlosun transfer hüquqlarına yiyələnməyi planlaşdırır. "Fənərbaxça" bunun üçün 5 milyon avro tələb edir. Klublar arasında razılıq əldə  olunacağı bildirilir.

Qeyd edək ki, "Komo" Dieqo Karlosu bu ilin sentyabar ayında icarəyə götürüb. 32 yaşlı mərkəz müdafiəçisi A Seriyası təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti