74 milyon avroluq futbolçu üçün transfer mübarizəsi

20:39 - 18 Noyabr 2025

"Bornmut"un futbolçusu Antuan Semenyo qışda Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul", "Mançester Siti" və "Tottenhem" qanalı vingeeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Semenyonun müqaviləsində yanvar ayı üçün keçərli olacaq 74 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Bu məbləği ödəyən klub 25 yaşlı ön xətt oyunçusunu heyətinə qata bilər.

Qeyd edək ki, "Bornmut" Antuan Semenyonu 2023-cü ilin yanvar ayında "Bristol Siti"dən 10 milyon avroya transfer edib. Qana millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti