Rafinya Diasın meydana qayıtmasına az qalıb.
Sportal.az xəbər verir ki, bu gün "Barselona"nın cinah hücumçusu yığmalara getməyən futbolçularla birlikdə ümumi qrupda məşq edib.
Braziliyalı futbolçu sentyabrın sonunda arxa bud əzələsindəki zədə səbəbindən meydandan kənarda qalıb. Oktyabrda isə zədəsi təkrarlanıb.
Qeyd edək ki, bu mövsüm Rafinya La Liqada 6 oyunda iştirak edib və 3 qol vurub.
saytlarin hazirlanmasi
