"Qarabağ"ın legioneri: "Bir neçə şansımız oldu, amma bu, kifayət deyildi"

21:18 - 18 Noyabr 2025

“Qarabağ” və Monteneqro millinin yarımmüdafiəçisi Marko Yankoviç komandasının DÇ-2026-nın seçmə mərhələsinin L qrupunun 8-ci turunda Podqoritsada Xorvatiyaya 2:3 hesabı ilə məğlub olması ilə bağlı fikirlərini bildirib.

Sportal.az "Gradski portal"a istinadən xəbər verir ki, “Qarabağ”ın legioneri bu matçdakı məğlubiyyətə şərh verib:

"Oyundan əvvəl Xorvatiya favorit hesab olunurdu. Onlar güclü və stabil komandadır. Xorvatiyaya qarşı tam 90 dəqiqə oynamaq lazımdır. Oyunumuzla fəxr edə bilərik. Çünki əlimizdən gələni etdik, çoxlu müsbət anlar oldu və uzun müddət hesabda öndə idik. Bir neçə əla qol şansımız oldu, amma bu, istənilən halda kifayət deyildi".

Xəbər xətti