"Ronaldo tarixin ən yaxşı futbolçusudur"

22:26 - 18 Noyabr 2025

"Fənərbaxça"nın yarımmüdafiəçisi, əvvəllər “Əl-Nəssr”də çıxış etmiş Anderson Taliska Kriştiano Ronaldonu futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb.

Sportal.az xəbər verir ki, Taliska "BandSports"a müsahibəsində bunları qeyd edib:

“O iki il inanılmaz keçdi. O kluba gələndə mən artıq orada iki ildi oynayırdım. Ümumilikdə dörd il orada oldum. Bu, heyrətamiz bir hekayədir. Onunla bir komandada oynamaq real olmayan bir hiss idi, bu mənim üçün bir arzu idi. Mən onun tarixdə ən yaxşı futbolçu olduğunu düşünürəm. Biz birgə məşq edir, inanılmaz şeylər edirdik. Mənim üçün həm idmançı, həm də insan kimi onunla işləmək idmançının potensialını maksimum açmaq, daha böyük peşəkar olmaq, özünə daha yaxşı qulluq etmək deməkdir. Bu, həqiqətən inanılmaz idi."

Xəbər xətti