"Genk"in futbolçusu Konstantinos Karetsas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" yunanıstanlı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Teamtalk" məlumat yayıb.
London klubunun rəsmiləri 18 yaşlı ön xətt oyunçusunun meneceri ilə əlaqə saxlayıb və transfer şərtləri barədə məlumat toplayıblar. "Arsenal" və "Liverpul" da gənc istedadla maraqlanır.
Qeyd edək ki, Konstantinos Karetsas "Genk"in yetirməsidir. Yunanıstan millisinin üzvü bu mövsüm Belçika təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
