“Mançester Yunayted” qış transfer pəncərəsində sol cinah müdafiəçisi mövqeyini gücləndirməyi planlaşdırır.
Sportal.az "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, klub 2025-ci ilin fevralında komandaya qoşulan və hazırda Mançesterdə çətin dövr keçirən Patrik Dorqunun çıxışlarından tam razı deyil. Bu səbəbdən “qırmızı şeytanlar”ın rəhbərliyi sözügedən mövqeyi gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir.
Potensial namizədlər sırasında “Ayntraxt”ın müdafiəçisi Nataniel Braun və “Nyukasl”ın futbolçusu Tino Livramento göstərilir. Bununla belə, hər iki oyunçu uğrunda ciddi rəqabət olacağı bildirilir: 22 yaşlı Braun uğrunda mübarizədə favorit kimi “Arsenal” göstərilir, 23 yaşlı Livramentonu isə “Mançester Siti” yaxından izləyir.
Patrik Dorqu cari mövsümdə "Mançester Yunayted"in heyətində 17 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb.
saytlarin hazirlanmasi
