"Səbail" "Şəfa"nın istədiyi forvardla anlaşdı - daha yüksək maaş verdilər

11:33 - 12 Yanvar 2026

"Şahdağ-Qusar"ın hücumçusu, I Liqada bombardirlər siyahısında 2-ci yerdə qərarlaşan Ruslan Voronsov qış fasiləsindən sonra yeni komandada oynayacaq.

Sportal.az saytına verilən məlumata görə, I Liqanın lideri olan "Şəfa" onu heyətinə qatmaq istəyib.

Lakin bu transfer mübarizəsindən "Səbail" qalib ayrılıb. Belə ki, Premyer Liqaya geri qayıtmaq istəyən paytaxt təmsilçisi daha yüksək maaş təklif edərək, Voronsovla rəsmi müqavilə imzalayıb.

Əlavə edək ki, Ruslanı heyətinə qatmaq istəyən klublar arasında "Baku Sportinq" də var idi.

Xəbər xətti