"İmişli" I Liqada çıxış edən millimizin sabiq üzvü ilə maraqlanır

13:48 - 12 Yanvar 2026

Azərbaycan milli komandasının sabiq üzvü , “Xəzər Lənkəran”ın keçmiş futbolçusu Elnur Cəfərov yenidən Premyer Liqada oynaya bilər.

Sportal.az saytına verilən məlumata görə, “İmişli” Cəfərovu heyətinə qatmaq istəyir. 

Premyer Liqa təmsilçisi hazırda I Liqanın lideri olan “Şəfa”da çıxış edən 28 yaşlı futbolçu üçün təklif irəli sürüb.

Amma Cəfərovun “Şəfa”da xoşbəxt olduğu üçün “İmişli”nin təklifindən imtina edəcəyi gözlənilir. 

Xəbər xətti