"Səbail"in baş məşqçisi Adil Şükürov Sportal.az saytına açıqlama verib.
O, komandasının I Liqanın 12-ci turunda çempionatın sonuncusu “Şimal”a evdə 3:4 hesabı ilə uduzmasından sonra yaranmış “danışılmış oyun” iddiası barədə danışıb.
Şükürov AFFA-nın bu matçın araşdırılmasının tərəfdarıdır: "Bu cür məğlubiyyətlər dünyanın istənilən çempionatında olur. Sadəcə bütün rəqiblərə qarşı ciddi yanaşılmalıdır. Bu oyundakı məğlubiyyət arxayınçılığın nəticəsi idi. I Liqada turnir cədvəlindən asılı olmayaraq bütün rəqiblər bir-birilərini məğlub edə bilərlər. Biz klub olaraq bu cür fikirlərin klubumuzun imicinə mənfi təsir olduğunu başa düşürük və araşdırmanın da olmasının tərəfdarıyıq".
I Liqa klubunun çalışdırıcısı kollektivin Premyer Liqaya vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "İlk hədəfimiz Premyer Liqaya geri qayıtmaqdır. Fərqi yoxdur, istər pley-off, istərsə də çempionluq yolu ilə olsun...Səhv etmirəmsə pley-off matçı bir görüşdən ibarətdir. Kubok oyunlarında I liqa komandalarının Premyer Liqa təmsilçilərinə qarşı necə oynadıqlarının şahidi olduq, hər şey mümkündür".
Mirbağırağa
