"Sabah"la çempionat oyununa qədər tam hazır olacağıq" - Araz Abdullayev

19:13 - 12 Yanvar 2026

"Karvan-Yevlax" mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin kapitanı Araz Abdullayev toplanış barədə fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb. 33 yaşlı vinger əsas məqsədlərinin sonuncu pillədən qurtulmaq olduğunu deyib:

“Qış hazırlığımız yaxşı keçir. Mən və komanda yoldaşlarım məşqlərdə səylə çalışırlar. Gündə iki dəfə olmaqla hazırlığımız davam edir. Füzuli müəllimin məşqlərdə verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırıq. Düşünürəmki “Sabah”la çempionat oyununa qədər tam hazır olacağıq. Əsas fikrimiz sonuncu pillədəki mövqeyimizi tərk edib yuxarı pillələrə yüksəlməkdir. Düşünürəmki bunu biz komanda olaraq bacaracağıq.”

Xəbər xətti