Fransa millisinin sabiq üzvü Kurt Zuma karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin xidmətində maraqlı olan Superliqa klubları var.
“Antalyaspor” ÇFR-in (Kluj) yeni yollarını ayırdığı təcrübəli futbolçuya 6 aylıq müqavilə təklif edib.
Yaxın günlərdə keçidinin baş tutub-tutmayacağı dəqiqləşəcək.
