"Ayntraxt" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun "Qarabağ"la oyununa ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, hücumçu Conatan Burkardt vacib matçda komandaya kömək edə bilməyəcək.
Almaniya millisinin üzvü hazırda zədəlidir. 25 yaşlı forvard fevral ayının əvvəllərində yaşıl meydanlara qayıda biləcək.
Conatan Burkardt bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması 21 yanvar tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 6 turdan sonra Azərbaycan təmsilçisi 7 xal toplayıb. Almaniya klubunun aktivində isə 4 xal var.
saytlarin hazirlanmasi
