"Milan" qapıçı Mayk Menyanın müqaviləsinin uzadılması ilə bağlı danışıqları başa çatdırmağa yaxındır.
Sportal.az xəbər verir ki, artıq kapitanla şifahi razılıq olunub. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Yaxın güünlərdə Menyanla rəsmi sözləşmə imzalanacaq. 30 yaşlı qolkiperin illik maaşı bonuslarla birlikdə 7 milyon avro təşkil edəcək. Müqavilənin müddəti isə 2030-cu ilin 30 iyun tarixinə qədər olacaq.
Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən 16 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 22 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
