UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Frankfurt” (Almaniya) oyununun biletləri 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Saxta biletlərə və digər saytlara aldanmayın
Biletləri yalnız iTicket.az saytı üzərindən əldə edin. Stadiona giriş QR bilet ilə mümkün olacaq.
saytlarin hazirlanmasi
