"Arsenal" qış transfer pəncərəsində Ben Uaytla yollarını ayırmağı planlaşdırmır.
Sportal.az xəbər verir ki, London klubu daha çox oyun praktikası əldə etmək üçün komandasını dəyişmək istəməsinə baxmayaraq, 28 yaşlı futbolçunu satmaq niyyətində deyil. Bu barədə "TEAMtalk" məlumat yayıb.
"Everton" və "Mançester Siti"nin ciddi marağına rəğmən, “topçular” mövqelərindən geri çəkilmirlər. Klub Uaytın universallığını yüksək qiymətləndirir. İngiltərəli sağ cinah müdafiəçisi bu mövsüm paytaxt təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Müdafiəçinin klubla müqaviləsi daha iki il yarım müddətinə qüvvədədir. Bu səbəbdən "Arsenal" mövsümün gedişində futbolçunu buraxmaq üçün hər hansı əsas görmür.
saytlarin hazirlanmasi
