İcarə əsasında "Çelsi"də çıxış edən Fakundo Buonanotte Premyer Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, argentinalı hücumameyilli yarımmüdafiəçi "Lids Yunayted"ə keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Brayton" Buonanottenu Premyer Liqa klubuna satmayacaq. 21 yaşlı futbolçu "Lids Yunayted"də də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Fakundo Buonanotte sentyabr ayından formasını geyindiyi "Çelsi"nin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
