"Çelsi"ni Premyer Liqanın bu klubuna dəyişəcək

18:05 - 15 Yanvar 2026

İcarə əsasında "Çelsi"də çıxış edən Fakundo Buonanotte Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, argentinalı hücumameyilli yarımmüdafiəçi "Lids Yunayted"ə keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Brayton" Buonanottenu Premyer Liqa klubuna satmayacaq. 21 yaşlı futbolçu "Lids Yunayted"də də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Fakundo Buonanotte sentyabr ayından formasını geyindiyi "Çelsi"nin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti